Bakı Əyləncə Mərkəzi ilə üzbəüz, Xətai metrosunun arxasında yerləşən premium mənzil satışda!
Mənzil tam təmirlidir və təmirdən sonra yaşayış olmayıb. Təmir zamanı keyfiyyətli materiallardan istifadə edilib, bütün otaqlarda komfort və funksionallıq ön planda saxlanılıb. İsti pol sistemi ilə təmin olunub.
Mənzil bütün əşyaları və məişət avadanlıqları ilə birlikdə satılır. Rahat yerləşimi və hazır vəziyyətdə olması həm yaşayış, həm də investisiya üçün ideal seçim edir.
Çıxarış (kupça) mövcuddur. Çıxarışda sahə 95 m², müqavilədə isə 103 m² qeyd olunub.
Mənzil mansart deyil, lift birbaşa mərtəbəyə qalxır. Prestijli ərazidə yerləşən, rahat və modern yaşayış axtaranlar üçün əla fürsətdir.