9-cu mikrorayonda biznes üçün əlverişli məkanda yerləşən ayrı tikili obyekt icarəyə təqdim olunur. Ümumi sahəsi 50 kvadratmetr olan obyekt həm yerləşməsi, həm də istifadəyə yararlılığı baxımından çox avantajlı variantdır. Ərazi sıx yaşayış massivinin içində yerləşdiyi üçün daim insan axını və müştəri potensialı yüksəkdir. Ətrafında yaşayış binaları, marketlər, müxtəlif iaşə obyektləri və gündəlik aktivlik mövcuddur.
Obyekt bir çox fəaliyyət sahələri üçün uyğun hesab olunur. Meyvə-tərəvəz mağazası, ət evi, şirniyyat mağazası, hazır qida satışı və digər ticarət sahələri üçün rahat şəkildə istifadə edilə bilər. Obyektin ön hissəsində vitrini və özünə məxsus soyuducusu mövcuddur. Əlavə olaraq manqalxana hissəsinin olması bir çox biznes fəaliyyəti üçün əlavə üstünlük yaradır.
Yerləşdiyi ərazi, əlçatanlığı və ətraf mühitin aktivliyi bu obyekti gəlirli biznes qurmaq istəyənlər üçün çox uyğun seçim edir. Real və ciddi şəxslər əlaqə saxlaya bilər, ofis haqqı 30% təşkil edir