Tibb Universitetinin tam yaxınlığında, universitetə piyada cəmi 5 dəqiqəlik məsafədə yerləşən yeni tikili binada, 17 mərtəbəli binanın 12-ci mərtəbəsində tam təmirli və hər bir şəraiti olan 2 otaqlı mənzil kirayə verilir.
Ümumi sahəsi 75 kv.m olan bu mənzil geniş və işıqlı otaqlara malikdir, müasir standartlara uyğun təmir edilib və yaşayış üçün zəruri olan bütün növ mebel dəstləri, paltaryuyan maşın, soyuducu, televizor və digər lazımi məişət texnikası ilə tam təmin olunub.
Mənzilin yerləşdiyi lokasya olduqca əlverişlidir; belə ki, binanın yaxınlığında Azərbaycan Tibb Universiteti ilə yanaşı, 1 saylı Şəhər Klinik Xəstəxanası (Semaşko), müxtəlif özəl klinikalar, iri supermarket şəbəkələri, fitnes zalları, müasir kafelər və restoranlar yerləşir. Həmçinin ərazidə məktəblər, uşaq bağçaları, apteklər və bank filialları sakinlərin istifadəsindədir.
Binada 24 saat mühafizə xidməti, sürətli liftlər və bütün kommunal şərait daimi olaraq mövcuddur. İctimai nəqliyyat dayanacaqlarına yaxın olması şəhərin digər istiqamətlərinə rahat gediş-gəlişi təmin edir.
Yüksək komfort təqdim edən bu mənzil aylıq 800 AZN ödənişlə uzunmüddətli kirayəyə təklif olunur.
Xidmət haqqı olaraq mənzilin aylıq kirayə qiymətinin 30%-i təşkil edən ofis haqqı nəzərdə tutulub.